Pianist bir qazinin anıları – Eluca ATALI


Səhnəyə ağ saçlı, əli əsalı gəldi, kostyumunun yaxası orden-medallarla dolu. Gerçəkdən, cəlbedici bir biçimi vardı ilk gördündüyü an. Sinəsinə taxılmış orden-medallar onun zəngin keçmişindən xəbər verirdi. Qocalıqdan şikayətçi olması yox, monoloqunun ilk cümləsi onun oyununa baxmaqdan ötrü tamaşaçıda hazırlıq yaratdı.

“Pionoçu” filminə baxdınızmı?” O, salona müraciət edəndə hər kəs susdu, filmi gördüm deyən olmadı. Azca fasilədən sonra “Ordakı adam mənəm!” – dedi. İnanmırdım, bu sualla o, susub səhnəni dördgözlə izləyənləri maraq dairəsinə sala bilə. Şübhəm tez də aradan çəkildi onun əlindəki əsanı ağ pioninoya dayayıb, onun arxasına keçməsi ilə. Maraqlıdı, musiqiçi olduğunu necə sübut edəcək, bu halıyla?

Şopenin “Nocturne in C sharp minor”, Bethovenin “Für Elise” və sovet dövründən hamımızın sevə-sevə dinlədiyimiz oynaq rus xalq mahnısını “Kakalin kamaya”nı ustalıqla ifa etdi.

İkinci dünya savaşının döyüşçüsü olduğunu məhz bu dünya musiqilərinə ara verdikdən sonra bəyan etdi. İstər-istəməz yaddaş arxivimə ilişib qalmış bir deyim beynimə siqnal ötürdü: “İnsanların nəğmələri özlərindən çox gözəldi!” Nədən bunu düşündüyümü sual edərsinzisə, o zaman cavabım belə olacaq: Musiqini də, savaşı da insan yaradır. Savaş gözyaşı, kədər, ölüm yığnağı, hamısının bir yerdə cəmi – var olanı yox etmək cəhdidir! Musiqi isə sevinc, sülh, insanın bir məqamda göylərə qalxmasına zəmin yaradan səslər BİRLİYİ! Oyunçu piano üzərindəki şəkili əlinə alıb, birbəbir silahdaşlarının adını çəkir. Döyüşdən qazandığı sevgi olduğunu bildirəndə, ilk baxışdan salondan gülüş doğur. Türk kişisinin rus qadına aşiqliyi və yad qadınların da bizim kişilərə heyran olması kimi incə ünansı sifətindəki isti təbəssüm və eyni zamanda acı təəssüflə qoşalışdırıb çatdırdı. Əsl aktyor məharətinin aşkarlandığı məqam bu nöqtədə idi. Türk kişisinin rus qadınına aşiqliyindən iki oğlu – Nazimlə Hikmətin dünyaya gəlməsi məlum olduqda nənni oxumağa başladı:

Dünyanı verək cocuklara,

Heç olması bir günlük!

Kütləvi silahların durmadan istehsal olunduğu, üçüncü dərəcəli ölkələrə demokratiya toxumu səpəcəyəm deyə, faktiki o ölkələrə silah daşındığı bir gündə sən dünyanı cocuklara necə etibar edəcəksən? Cocuklar dünyamızı öz sadəlövhlükləri ilə necə idarə edəcəklər? Silahla “demokratiyanın yarandığı” bir dünyada cocuk sadəliyi hegomonluq qarşısında diz çökməzmi?

Siz şirin nənnilərlə uyuyun, balalar! Dünyanı mənəviyyatlı idrak sahiblərinə həvalə etmək gərəkdir!

İsveç Dövlət Teatrı nəzdində fəaliyyət göstərən Türk Cocuk Teatrının rəhbəri Burcu Ada Saysop xanımdır, bizim Azərbaycanlı balası Məhəmmədəli Nəzərli “Pianist bir qazinin anıları” tək adamlıq səhnədə böyük ustalıqla məharətini göstərdi. Tamaşanın ssenari müəllifi və rejissoru rejussor Sevinc Nəzərlidi. Tamaşa 3 iyun türk şairi Nazim Hikmətin anımına həsr olunmuş və artıq Stokholmda iki dəfə nümayiş etdirilmişdir.

Qeyd etməliyəm ki, həmin səhnədə musiqiləri canlı ifa etməkdən ötrü balaca aktyor çox böyük inadla evlərindən öz şəxsi pionusunu gətirmişdi.

Səhnəni uşaqlara havala etməkdən ötrü İsveçdə Azərbaycan Uşaq Teatrının fəaliyyətə başlamasına zəmin var. Həm də unutmayaq ki, sabah dünyamızı onlar idarə edəcəklər. Sabahkı idarəçilik bu gün səhnədən başlayır!

Eluca ATALI

Beğendiysen arkadaşlarına duyur...